Sosial şəbəkədə biz:

BMT-nin maşını Bakıda qəzaya düşdü

Bakıda Birləşmiş Millət Təşkilatının avtomobili qəzaya düşüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Yasamal rayonunda, Moskva prospektində baş verib. BMT-nin Azərbaycan nümayəndəliyinə məxsus "Mitsubishi –Pajero" markalı D 01311 nömrəli avtomobillə Bakı sakini Əkbər Bədəlovun idarə etdiyi, Bakı Taksi MMC-yə məxsus 90 AT 754 nömrəli "London taksisi" toqquşub. Qəza nəticəsində avtomobillər zədələnsə də, ağır xəsarət alan olmayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol