Sosial şəbəkədə biz:

Azay Quliyevin daha bir rəqibi geri çəkildi - Bəyanat

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa daha bir namizəd – Babək Abdullayev öz rəqibi Azay Quliyevin xeyrinə namizədliyini geri götürüb.   Mia.az xəbər verir ki, bu barədə B.Abdullayev bəyanatla çıxış edib. "Seçki kampaniyası kifayət qədər vaxt, enerji və potensial tələb etdiyindən güclü rəqiblə mübarizəni sonadək aparmağa lüzum görmürəm. Ona görə də namizədliyimi Azay Quliyevin xeyrinə geri götürür və ona gələcək deputatlıq fəaliyyətində uğurlar arzulayıram”, - bəyanatda bildirilib. Sonda B.Abdullayev seçiciləri və təəssübkeşlərini A.Quliyevə səs verməyə çağırıb və özünün də ona səs verəcəyini qeyd edib. Xatırladaq ki, sözügedən dairədən namizədliyi irəli sürülmüş fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov da bir gün əvvəl namizədliyini A.Quliyevin xeyrinə geri götürməsi barədə bəyanat yayıb.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol