Sosial şəbəkədə biz:

“Apple” 230 milyon cərimə ödəyəcək

Viskonsin ştatının paytaxtı Madisonda yerləşən federal məhkəmənin çıxartdığı qərara əsasən, ABŞ-ın «Apple» korporasiyası Viskonsin-Medison Universitetinin əməkdaşları tərəfindən hazırlanmış texnologiyanın patent hüququnu pozduğuna görə sözügedən universitetə 234 milyon dollar ödəyəcək. “ Azinforum.az ” ICTnews.az-a istinadən xəbər verir ki, Viskonsin-Medison Universiteti «Apple» korporasiyasını 1998-ci ildə universitet tərəfindən qeydiyyatdan keçirilmiş patentin pozulmasında ittiham edərək ötən ilin yanvarında ABŞ şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Universitetin nümayəndələri iddia edir ki, korporasiya universitetdə hazırlanmış müvafiq mikroçip yaradılması texnologiyasından qanunsuz istifadə edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol