Sosial şəbəkədə biz:

ELDAR MAHMUDOV BAŞ NAZİR OLACAQ?

Məlum olduğu kimi,  Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı  sərəncama əsasən Eldar Mahmudov Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Bu xəbər ölkədə ciddi əks-sədaya səbəb olub.  Bu cür həssas məqamda mühüm və strateji post daşıyan bir kadrın işdən azad edilməsi ətrafında müxtəlif mülahizələr irəli sürülür. Bəzi iddialara görə, MTN başçısının vəzifəsindən azad olunması Beynəlxalq Bank ətrafında başlayan qalmaqalın davamıdır. Lakin bütün bu versiyaların tam tərsini iddia edənlər də var. Hətta bir sıra iddialara görə, Eldar Mahmudov prezidentin ən etibar etdiyi şəxsdir  və yaxın günlərdə ölkənin baş naziri təyin ediləcəyi gözlənilir. M.MİRZƏ AZİNFORUM.AZ  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol