Sosial şəbəkədə biz:

28 yaşlı həkim qız itkin düşüb - Bakıda

Məlumata görə, martın 16-da saat 19:30 radələrində Bakı sakini, 1987-ci il təvəllüdlü Təranə Hacıyeva həkim işlədiyi Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən 2 saylı poliklinikadan özünə məxsus "Mercedes" markalı 10 DL 044 nömrəli avtomobillə çıxaraq naməlum istiqamətdə hərəkət edib

Avtomobil martın 17-də saat 17:30 radələrində Xətai rayonu, M.Mehdizadə küçəsində saz vəziyyətdə tapılsa da, xanım sürücüdən hələ də xəbər yoxdur.
Xətai RPİ 37-ci Polis Bölməsindən həkimin yoxa çıxması ilə bağlı məlumatı sayta təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı İstintaq şöbəsində araşdırma aparılır.
Poliklinikadan isə deyiblər ki, həkim 2 həftədir işə çıxmır. Harada olması barədə məlumat yoxdur.(qafqazinfo)
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol