Sosial şəbəkədə biz:

Deputatlığa namizəd İsmayıl Ağayev seçicilərlə növbəti görüşünü keçirib - FOTO - VİDEO

60 saylı Salyan-Neftçala seçki dairəsində namizədliyi qeydə alınmış İsmayıl Ağayev Çuxanlı kəndində seçicilərlə növbəti görüşü keçirilib.
Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, havaşəraitinin yağışlı olmasına baxmayaraq yüzə yaxın kənd sakini namizədlə görüşə qatılıb. Görüşü giriş  sözü ilə açan şair Ənvər Əhməd namizədin ictimai-siyasi fəaliyyəti haqqında seçiciləri məlumatlandırıb. Seçicilər adından Bayram Mikayılov, Əmir Səməndərov, Mirsüleyman Ağayev, Xəzəngül Sadıqova, Şahəli Qədirov çıxış edərək bu illər ərzində qarşılaşdıqları problemlərdən, həlli vacib olan məsələlərdən danışaraq təkliflər irəli sürüblər. Sonda çıxış edən namizəd İsmayıl Ağayev Çuxanlı kəndində yaşan sakinləri 1 noyabrda seçkilərə  gəlib, istədikləri namizədə səs verməyə çağırıb: “Mənə səs versəniz, sizi parlamentdə layiqli təmsil edəcəyəm”. Vətəndaşlar İsmayıl Ağayevə onları narahat edən məsələlərlə bağlı şikayət ərizələri təqdim ediblər.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol