Sosial şəbəkədə biz:

Aşura günü bu məscidlərdə qan verə bilərsiniz – SİYAHI

19 October 2015, 15:57
Gündəm
Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı müəyyənləşib.   Bu barədə Publika.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.   Onun sözlərinə görə, bu il  oktyabrın 24-də keçirilən Aşura günü ilə bağlı respublikamızın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək. Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı belədir:   1. Yasamal rayonu Təzəpir məscidi; 2. Yasamal rayonu Hacı Soltanəli məscidi; 3. Səbail rayonu Bibi-Heybət məscidi; 4. Səbail rayonu İçərişəhər Cümə məscidi; 5. Suraxanı rayonu Qaraçuxur məscidi; 6. Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi; 7. Nizami rayonu Keşlə qəsəbə məscidi; 8. Sumqayıt şəhər “Cümə” məscidi; 9. Gəncə şəhər “İmamzadə” məscidi; 10. Mingəçevir şəhər “Heydər” məscidi; 11. Şəki şəhər “Cümə” məscidi; 12. Lənkəran şəhəri Böyükbazar məscidi; 13. Bərdə şəhər “Cümə” məscidi; 14. Nəsimi rayonu Əjdərbəy məscidi.   Məlumat üçün bildiririk ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura günündən bir gün əvvəl, yəni 23 oktyabr tarixində Tasua günündən başlayacaq.