Sosial şəbəkədə biz:

Həbs edilən MTN zabitlərinin bəzilərinin adları açıqlandı

Xəbər verdiyimiz kimi, bu gün Səbail Rayon Məhkəməsində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin 10-dək əməkdaşı məhkəmə qarşısına çıxarılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib . Azinforum.az report-a istinadən xəbər verir ki, həbs qətimkan tədbirinin müddəti 3 aydır. Onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb. Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin hamısının adı bəlli olmasa da, onlardan üç nəfərinin adı artıq məlumdur. Onlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol