Sosial şəbəkədə biz:

Fuad Muradov saxta profillərin ümidinə qalıb

Deputatın təşviqat stendindəki fotoları sıradan çıxarılıb Deputat Fuad Muradov təbliğatının banal yolunu seçib. Parlament seçkilərinə növbəti dəfə namizədliyini irəli sürən gənc millət vəkili saxta "Facebook” profilləri açdırıb reklam siyasətini qurub. Məlumata görə, F.Muradov saxta profil hesabları ilə sosial şəbəkələrdə seçicilərinə çağırışlar edir. Onun seçki qərargahında çalışan fəallar saxta profillərə nəzarət edirlər. Seçkilərdə bu günə kimi heç bir deputatlığa namizəd belə ucuz təşviqat kampaniyası təşkil etməyib. Məlumata görə, F.Muradov Xətai rayonu 34 saylı Seçki Dairəsindən namizədliyini irəli sürüb. Bundan əvvəl Səbayıl seçicilərinin millət vəkili olan F.Muradova Xətai seçiciləri sıcaq yanaşmır. Xətai seçiciləri qeyd edirlər ki, Səbayılda özünü doğrultmayan və sakinlərin problemlərini parlamentdə dilə gətirməyən millət vəkili onlara lazım deyil. Seçicilərin bir qrupu isə tia.az-ın elektron poçtuna yazıb ki, F.Muradov Səbaildə seçkidən - seçkiyə camaatı yada salıb. Onu da deyək ki, Xətaidə etiraz olaraq F.Muradovun təşviqat stendində olan fotoları cırılıb. Arqument.Az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol