Sosial şəbəkədə biz:

"Hərbi güclə deyil, "beşinci kolon"la seçkiyə müdaxilə etmək istəyirlər" - MSK sədrindən şok açıqlama

"Müəyyən qüvvələr bəzi seçicilərin narazılığından istifadə etməyə çalışırlar”. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində gənclərin fəallığı ilə bağlı təşkil olunan tədbirdə deyib.

MSK sədrinin sözlərinə görə, bu gün başqa ölkələrin daxili işlərinə müdaxilə etmək üçün hərbi güc deyil, daha çox "beşinci kolon" və seçki prosesinin tənqid edilməsindən istifadə edilir: "Biz sayıq olmalıyıq və ölkədə müəyyən şəxslərin xarici qüvvələrin təsiri altına düşməsinə imkan verməməliyik, həmçinin, onların xarici dairələrin maraqlarını təmin edən bir vasitəyə çevrilməsinin qarşısını almalıyıq”.
MSK sədri deyib ki, xaricdə təhsil alan azərbaycanlı gənclərə də çağırış edib: "Xaricdə təhsil alan azərbaycanlı gənclər də ayıq-sayıq olmalıdırlar. Ölkənin gələcəyi və suverenliyi yeni nəsilin necə formalaşmasından asılıdır. Xarici qüvvələr tez-tez xalqların tarixində yaranan çətin dövrlərdən istifadə edir, gənc nəslə təsir göstərməyə çalışır və ölkənin daxili işlərinə qarışmağa cəhdlər edirlər”.(azvision.az)
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol