“Sevgilim olduğunu şou xatirinə demişəm”- Almaz Ələsgərli
Müğənni Almaz Ələsgərova sevgilisi olması haqda verdiyi açıqlamanı təkzib edib. “Qafqazinfo”nun məlumatına görə, müğənni “ATV maqazin” verilişinə açıqlamasında sevgilisi olmasını şou xətrinə dediyini bildirib: “Həyatımda heç kim yoxdur. Mən bu sözü şou xətrinə demişəm. Bu haqda çox suallar verirlər. Sevgi boş şeydir, sevgi haqda fikirləşmirəm. Mənim böyük qızlarım var. Dərdim-sərim qızlarım və sənətimdir. İstəyirəm ki, qızlarımı yerbəyer edim. Gözüm açıq getməsin”.