Sosial şəbəkədə biz:

Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsi verildi

Prezident İlham Əliyev Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Qəzənfər oğlu Quliyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 20-də imzaladığı sərəncamla Mədət Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli 866 nömrəli sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib.
2011-ci ilin fevral ayında ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 20.11.2012-ci il tarixli sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.
Evlidir, iki övladı var.
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol