Sosial şəbəkədə biz:

Hikmət Cavadov yenidən sədr seçildi

14 May 2018, 10:41
Gündəm
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri yenidən Hikmət Cavadov olub. Azinforum.az xəbər verir ki, dünən baş tutan seçkilərdə Cavadov növbəti dəfə həmyerlilərimizin etimadını qazanıb. Qeyd edək ki, H.Cavadov 2012-ci ildən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, "Diasporun İnkişaf Perspektivləri” Daimi Forumunun baş koordinatorudur. Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə H.Cavadovu "Tərəqqi" medalı ilə təltif edib.