Sosial şəbəkədə biz:

Ağdaşda məmurun bahalı maşını belə yandı

Ağdaşda məmurun bahalı avtomobili yanaraq yararsız hala düşdü. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Ağdaş rayonu, Ləki qəsəbəsində, rayon mərkəzindən 15 km aralıda vətəndaşa məxsus "Mitsubishi" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə şahidlərinin milli.az-a bildirdiklərinə görə isə, əslində yanan daha bahalı "Land Rover Discovery" markalı avtomobil olub. Onların sözünə görə, avtomobil qəfildən alışıb yanmağa başlayıb. Onun söndürülməsi üçün edilən cəhdlər isə heç bir nəticə verməyib və avtomobil yararsız hala düşüb. Yerli sakinlərin sayta dediklərinə görə, avtomobil Ağdaşda işləyən yüksək vəzifəli məmurlardan birinə məxsusdur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol