İsrail 8 aylıq Leylaya da qıydı... - Ölənlərin sayı 59-a çatdı
Həlak olmuş fələstinlilərdən 6-ı azyaşlıdır...
ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürüməsinə etiraz edən fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşmalarda ölənlərin sayı 59 nəfərə çatıb. Moderator.az yazır ki, bu haqda İsrailin öz saytlarından biri xəbər yayıb. Həlak olnalardan 6-ı azyaşlıdır. Onlardan biri də 8 aylıq Leyla Ənvər Qəndurdur. Onun Qəzza zolağının şərq bölgəsində gözyaşardıcı qazdan zəhərləndikdən sonra dünyasını dəyişdiyi bildirilir. Fələstinin Səhiyyə nazirliyi məlumatı təsdiqləyib.