Sosial şəbəkədə biz:

Şeyxülislam Allahşükür Paşazadə yalançı mollalardan danışdı

15 May 2018, 13:58
Gündəm
Mövcud olan problemlərdən biri də yalançı mollalardır. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.
A.Paşazadə bildirib ki, QMİ-də qeydiyyatda keçməyən, rəsmi icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər:
“Bu da qanun pozuntusudur. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilməyən insanların dini mərasimləri aparmasının qarşısı alınmalıdır və bu istiqamətdə işlər aparılır”.