Sosial şəbəkədə biz:

Nazirin işdən çıxardığı rəis kimin oğludur? – Foto

22 October 2015, 12:54
Gündəm
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə vəzifəsindən azad edilən və sərəncama götürülən 12-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru Hacı Əli Məmmədovun oğludur.   Axar.az-ın xəbərinə görə, sabiq rəisin atası SSRİ Energetika Nazirliyinin “Azərenerjitikinti” Tresti Sərsəng TQİ-də mühəndis, böyük mühəndis, sahə rəisi və istehsal-texniki şöbənin rəisi vəzifələrində işləyib.   SSRİİranın  müştərək tikdiyi Xudafərin və Qız qalası hidrokompleksi layihəsinin SSRİ tərəfindən direktoru olub. 1997-ci ilə kimi “Azərenerjitikintiquraşdırma” Şirkətində vitse-prezident vəzifəsində çalışıb. Respublikanın əməkdar mühəndisidir.   Ə.Məmmədоv 1947-ci il, iyulun 8-də Göyçə mahalının Basarkeçər rayonu, Daşkənd kəndində аnаdаn оlub. 2009-cu ildə Həcc ziyаrətinə gedib.   Ü.Məmmədov həmçinin, İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədovun qardaşıdır.   Xatırladaq ki, Ü.Məmmədovun yerinə hələlik təyinat yoxdur.