Sosial şəbəkədə biz:

Bakıda kütləvi zəhərlənmə olub

22 October 2015, 21:26
Gündəm
Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə oktyabrın 21-i axşam saatlarında, paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Azinforum.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 15 nəfər xəstəxanaya yerləşdirilib. Onlara profilaktik yardım göstərilib, həyatları üçün heç bir təhlükə yoxdur. Xəstələrə lokal qida pozuntusu diaqnozu qoyulub. Hadisəyə həmin əraziyə verilən suyun çirkli olması səbəb olub.