Sosial şəbəkədə biz:

Gömrük məntəqisinin rəisi işdən çıxarıldı - Yenilənib

Dövlət Gömrük Komitəsinin Balakən gömrük-keçid məntəqəsinin rəisi Hikmət Məmmədov tutduğu vəzifədən azad olunub. “ Azinforum.az ” xəbər verir ki, mia.az-a daxil olan məlumata görə, H.Məmmədovun vəzifədən alınması səbəbsiz olmayıb. O, yol verdiyi nöqsanlara görə vəzifəsini itirib. Məlumat üçün onu da qeyd edək ki, Hikmət Məmmədov ötən il bu vəzifəyə təyin olunmuşdu. Buna qədər o, Astara gömrüyünün rəisi olub. *** Azvision.az-ın xəbərinə görə, həmin vəzifəyə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini Baba Salayev təyin edilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol