Sosial şəbəkədə biz:

Ərdoğana sui-qəsd edilə bilər

20 May 2018, 10:00
Gündəm
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planı hazırlanıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, ölkənin kəşfiyyat xidmətlərinə Ərdoğanın Balkanlara səfəri zamanı ona sui-qəsd ola biləcəyinə dair məlumatlar daxil olub. Qərb kəşfiyyatı da belə bir təhlükənin gözlənildiyini təsdiqləyib. İddia olunub ki, sui-qəsd planı bir qrup Türkiyə əsilli şəxs tərəfindən hazırlanıb. Hazırda kəşfiyyat xidmətləri daxil olan məlumatlarla bağlı araşdırma aparır. (AzVision.az)