Sosial şəbəkədə biz:

Polis Hadı Rəcəblinin obyektində əməliyyat keçirtdi – 5 nəfər həbs edilib

Polis Lənkəranın "Palıdlı sahil" İstirahət Mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində 5 nəfər həbs edilib. Bu barədə istiqlal.az-a Lənkərandakı mənbələrdən məlumat daxil olub.
Mənbə bildirir ki, əməliyyatın movivi bəlli deyil: “Bu barədə rəsmi izahat hələ yoxdur. Təkcə o bəllidir ki, həbs edilənlər gənclərdir. Onlardan biri 2004-cü ildə Ginnesin rekordlar kitabına adı düşmüş Lənkəranın Aşağı Nüvədi kəndinin sakini, 18 yaşlı Ələsgər  Rəhim oğlu Həsənzadədir".
Ə.Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord "Ginnesin Rekordlar Kitabına" düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb.
"Palıdlı sahil" İstirahət Mərkəzi Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbliyə məxsudur.
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol