Sosial şəbəkədə biz:

Araşdırma başa çatdı: "Şagird müəlliməni döyməyib!"

23 October 2015, 12:43
Gündəm
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Xətai rayonu 95 saylı məktəbdə şagirdin müəlliməsini döyməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar aparılan araşdırmaların nəticəsini açıqlayıb. İdarənin sektor müdiri Arzu Tairquliyeva Trend-ə bildirib ki, Xətai rayonu 95 saylı məktəbdə şagirdin öz müəlliməsini döyməsi xəbəri öz təsdiqini tapmayıb: “Yayılan xəbər həqiqətə uyğun deyil. Məktəbdə müəllim və şagird arasında anlaşılmazlıq baş verib və elə həmin gün də aradan qaldırılıb”.