Sosial şəbəkədə biz:

Müğənnilərin faciəvi seçki cavabları - Sorğu

2015-ci il noyabr ayının 1-i Azərbaycanda parlament seçkiləri keçiriləcək. Axar.az tanınmış sənətçilər arasında yaşadıqları rayon üzrə parlament seçkilərində namizədliyini irəli sürən şəxsləri tanıyıb-tanımadıqları ilə bağlı sorğu keçirib. Nazpəri Dostəliyeva: “Nərimanov rayon ərazisində yaşayıram. Seçkiyə getməyəcəm. Namizədləri tanımıram”. Səməd Səmədov: “Nəsimi rayonunda yaşayıram. Namizədlərin adlarını çəkə bilmirəm. Çünki düzünü deyim, tanımıram. Ümumiyyətlə, nə vaxtdır seçkilər? Öyrənərəm görüm, kimə səs vermək lazımdır”. Gülyaz Məmmədova: ”Yasamal rayonu ərazisində yaşayıram. Vallah, namizədlərin adlarını dəqiq deyə bilmərəm, çünki qarışdırıram. Ancaq yaxında bu məsələ ilə maraqlanacağam”. Manaf Ağayev: “Xəzər rayonunda yaşayıram. Məsləhət olsa, seçkilərə gedəcəm. Amma namizədlərin heç birini tanımıram”. Elnarə Abdullayeva: “Yasamal rayonunda qeydiyyatdayam. Dünyadan xəbərim yoxdu, o ki olsun seçkilərdən... Mən bircə oxumağı bilirəm, vəssalam. Nə namizədləri tanıyıram, nə də seçkilərdən başım çıxır”. Mətanət Əsədova: “Nərimanov rayonu ərazisində yaşayıram. Sabah biləcəm ki, kimə səs verilməlidir”. Elariz Məmmədoğlu: “Binəqədi rayonunda yaşayıram. Namizədləri tanımıram. Nə vaxtdır seçkilər?” Kərim Abbasov: “Binəqədi rayonunda yaşayıram. Namizədlərdən... (düşünür) Üzr istəyirəm, bir az yuxuluyam, olar sonra danışaq?!”


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol