Sosial şəbəkədə biz:

"Aztelekom" rəhbərinin oğlu Kiyevdə dəhşətli qəza törətdi: maşın yandı, xalası qızı öldü - HADİSƏ YERİNDƏN

Kiyevin mərkəzində Azərbaycan vətəndaşı ölümlə nəticələnən qəza törədib. APA TV-nin məlumatına görə, şəhərin Borispol magistralında "Mercedes" yoldan çıxaraq maneəyə çırpıldıqdan sonra aşıb. Bundan sonra avtomobil yanmağa başlayıb. Yanan maşının içərisindəki sürücü və sərnişini yaxınlıqdakı şəxslərin köməyi ilə çıxarmaq mümkün olub. Lakin xanım sərnişin hadisə yerindəcə ölüb. Azərbaycan vətəndaşı olan 20 yaşlı sürücü isə ağır xəsarətlər alıb. Şahidlərin dediyinə görə, qəzaya uğrayan avtomobil yüksək sürətlə hərəkətdə olub. Yaralı sürücü xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. Hadisəni görənlər qəzada daha bir avtomobilin əzildiyi, həmin maşının qəza yerindən uzaqlaşdığını qeyd ediblər. Son məlumatlara görə, qəzanı törədən sürücü Araz Məmmədov “Aztelekom” İstehsalat Birliyinin direktoru Məmməd Məmmədovun oğlu, qəzada dünyasını dəyişən isə Məmməd Məmmədovun baldızı qızıdır. http://apa.tv/video/23849


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol