Sosial şəbəkədə biz:

"BakuBus" avtobusu adam vurdu

23 May 2018, 10:26
Gündəm
Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. “Report” xəbər verir ki, "Su Sonası" şadlıq sarayının qarşısından yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədovu "BakuBus" MMC-yə məxsus 5 nömrəli sərnişin avtobusu vurub. Yaralı "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.