Sosial şəbəkədə biz:

Mədət Quliyevi kim əvəzləyəcək? - İki şanslı namizədin adı hallanır

  Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mədət Quliyevdən boşalan rəis vəzifəsinə iki namizəd var. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, namizədlərdən biri 1 saylı Bakı Istintaq Təcridxanasının rəisi Azər Seyidov, digəri isə Penitensiar Xidmətin rəis müavi Hüseyn Əlixanovdur. Məlumata görə, Azər Seyidov Prezident Administrasiya rəhbərinin müavini Novruz Məmmədova yaxın şəxsdir. Hüseyn Əlixanov isə Ali Məhkəmənin sədri Ramiz Rzayevlə qudadır. Lakin mənbə bildirir ki, istənilən halda bu məsələdə ədliyyə naziri Fikrət Məmmədovun rəyi nəzərə alınacaq. Xatırladaq ki, Penitensiar Xidmətin rəisi Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilib. mia.az  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol