Sosial şəbəkədə biz:

Bu il Azərbaycanda 15 aqropark istifadəyə veriləcək

24 May 2018, 11:17
Gündəm
Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan aqroparkların yaradılması işləri davam etdirilir. Hazırda ölkənin 30 rayonunda 45 aqroparkın yaradılması həyata keçirilir ki, bunlardan 3 aqroparkda birinci mərhələ üzrə nəzərdə tutulan işlər başa çatdırılıb, 15-i isə 2018-ci ildə istifadəyə veriləcək. Digər regionlarda da iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması imkanlarının araşdırılmasının davam etdirilməsi barədə İqtisadiyyat Nazirliyinin müvafiq qurumlarına tapşırıqlar verilib.