Sosial şəbəkədə biz:

“Koroğlu” metrosunda maraqlı hadisə

24 May 2018, 12:51
Gündəm
Bakıda metroda növbəti insident baş verib. “Qafqazinfo” xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə bu gün saat 09:25-də "Koroğlu" stansiyasında baş verib.
Onun sözlərinə görə, stansiyada olan gənc oğlan özünü qatar yoluna ataraq relslərin üzərində oturub. Metropoliten əməkdaşları dərhal "Həzi-Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarın maşinistinə bu barədə xəbər verib və xətdən gərginlik ayrılaraq oğlan relslərin üzərindən çıxarılaraq polisə təhvil verilib. Qatarların hərəkətində bir-neçə dəqiqəlik gecikmə olsa da, hazırda qatarların hərəkəti normal qaydada davam edir.