Sosial şəbəkədə biz:

Putin yolda qaydaları pozdu - Fotolar

24 October 2015, 10:01
Gündəm
Rusiya prezidenti Vladimir Putin Soçidə "Valday" diskussiya klubunun iclasına yaşıl "Lada Vesta" ilə gəlib. “ Azinforum.az ” ın  BAKU.WS-ə istinadən məlumatına görə, avtomobili şəxsən idarə edən Putin "Lada Vesta"nı yüksək qiymətləndirib. İclasa gedərkən sürət limitini ötən Putin qaydaları pozduğunu etiraf edib: "Yolda sürət maksimum 30-50 km/saat idi. Ancaq düzünü desəm mən bir az sürətli gedirdim", - deyə Putin söyləyib. Rusiya prezidentinin test etdiyi avtomobil avtomat ötürmə qutusuyla təchiz edilib. Putin ilk dəfə deyil ki, sükan arxasında "Lada" avtomobilini test edir. Hələ 2010-cu ildə o, baş nazir olaraq Xabarovsk-Çita yolunda "Kalina"nı sürüb. 2011-ci ildə isə Putin "Lada Granta" avtomobilinin test-drayvında iştirak edib. Putin yolda qaydaları pozdu -  Fotolar Putin yolda qaydaları pozdu -  Fotolar Putin yolda qaydaları pozdu -  Fotolar