Şikayətçi deyir ki, E.Rzayevanın dediyi müddət keçdi, heç bir irəliləyiş olmadı, əksinə ikinci prosedurdan sonra ağzı-burnu yara töküb, inanılmaz dərəcədə pis günə qalıb: ''Ağzımın içi necə yara tökdüsə dişlərimi belə hiss etmədim. Elnarə dedi ki belə olmalıdır, məcbur olub gözlədim. Günlərlə yemək yeyə bilmədim, amma demişdi ki, hər gün sağalmağa doğru gedəcək. Hər gün yaram bir az qabardı, ağzım qanla dolu idi, danışa bilmirdim. Ağzımı tərpədən kimi qan axırdı. Gecələr yatanda dodaqlarım bir-birinə birləşirdi, onun dərdindən ağzıma trubuçka qoyurdum. Düz 5 ay mən o dünyanı görüb gəldim. Bir gün yuxudan ayıldım ki ağzım birləşib, 3 gün sonra ağzım açıldı. Sistem köçürüldü ki immunitetim zəifləməsin. 54 kilodan 39-a düşdüm. Dodağım sağalmadığını görüb yanına getdim. Nəvaxt ona yazırdımsa işi olduğunu bəhanə eədərk məni qəbul etmək istəmirdi.
Bir gün ona xəbər vermədən klinikasına getdim, ona gəldiyimi xəbər verdilər. Yarım saat gözləyəndən sonra yanına keçdim. Verdiyim pulumu istəyəndə kobudcasına əl işarəsi ilə ''gələ'' dedi. Başladı ki səni Orxan Abbasov göndərib yanıma. Guya mən getmişəm Orxan adlı cərrahın yanına, o da deyib ki dodağımdan geli əməliyyat vasitəsilə götürüm. Dedi ki, sən Orxanın məşuqəsisən. Əlini başladı stola vurmağa, sonra gəldi yanıma, əlini sillə vuracaq kimi göstərərk ''çıx otaqdan'' dedi. ''Pulumu istəyirəm'' deyəndə məni itələdi. Yerə yıxıldım, qalxa bilmədim. Məni başladı çəkməyə ki, baxın, Orxanın məşuqəsi gəlib. Bax, axşam sənin görüntülərini yayacam, tutub boğazımdan dartdı. Əlimi dəfələrlə qapının araslında qoydu, əlim kəsilmişdi, bədənimdə xəsarət izləri vardı''.
''Elə ordan 102-yə zəng etdim, bölmədən gəlib şəkilin çəkdilər. Səhəri günü polislər kamera görüntülərini çıxartmağa gedəndə həmin günun çəkilişi silinmişdi. Polis izahatımı aldı, iş Nəsimi rayon Polis İdarəsində istintaqa göndərildi. Sonra bilmirəm necə oldu, qızıl boyunbağım ondan alıb özümə qaytardılar. Pulum isə almadılar. Sonra işimNəsimi ayon Prokurorluğuna göndərildi. Orda Ələkbər müəllimlə danışdım. Söz verdi ki, Elnarədən pulumu alıb qaytaracaq. 8 aydır ki pulumu almayıblar. Nəhayət bu həftənin birinci günü prokuror Salman Məmmdəli ilə görüşdüm. Bildirdi ki, özü araşdırıb nəzarətə götürəcək. Bu işi boş buraxmayacam, əlimdə sübutlarım və ekspert rəyim var''-deyə Gülçöhrə xanım vurğuladı.
E.Rzayeva isə Gülçöhrə adlı pasientinin olduğu inkar edir, bunu şər və böhtan adlandırır.
Criminal.az saytı xatırladır ki, E.Rzayevanın prosedurlarından zərərçəkən Validə Firidunova onu polisə verib. Kosmetoloqun barəsində Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığıa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Başqa bir şikayətçi Aygün Məmmədova isə kosmetoloqa qarşı Nizami rayon məhkəməsində iddia qaldırıb.
