Sosial şəbəkədə biz:

"Neft Daşları" yaxınlığında içərisində meyitlər olan qayıq tapıldı

24 May 2018, 16:12
Gündəm
Xəzər dənizində aşkarlanan qayığın içərisində 2 nəfərin meyitinin olduğu təsdiqlənib. APA-nın məlumatına görə, FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər. Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil. Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq. *   *   *15:47 Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb. APA-nın məlumatına görə, rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub. Qayıqda iki nəfərin meyitinin olduğu ehtimal edilir.