Sosial şəbəkədə biz:

Şeyx: "Azərbaycan Aşura ilə bağlı keçirdiyi mərasimlərə görə İrana, Pakistana oxşamır"

QMİ sədri, Şeyx Hacı Allahşükür Paşazadə qanvermə aksiyasından sonra jurnalistlərə açıqlama verib. Aşuranın önəmindən, Azərbaycanda dini təriqətlər arasındakı münasibətlərdən danışıb. Şeyx qeyd qetd esib ki, Azərbaycanda olan tolerantlıq bütün müsəlman ölkələri üçün nümunədir.
Bu gün dünyanım bir çox müsəlman ölkələrində Aşura mərasimlərinin keçirildiyini qeyd edən Şeyx Azərbaycanın digər ölkələrə nümunə olduğunu söyləyib; "Pakistanda, Hindistanda, İranda da Aşura mərasimləri keçiriləcək. Bunu mətbuat vasitəsi ilə görəcəyik. Azərbaycan o ölkələrə oxşamır. Biz Aşura mərasimlərinin keçirilməsi ilə həmin ölkələrə örnək oluruq".
Azərbaycanda Aşura günlərində qanvermə aksiyasının keçirilməsinin vacibliyinə cə önəminə duqqət çəkən Şeyx bu aksiyanın hər il daha da geniş şəkildə həyata keçirildiyini bildirib.
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol