Sosial şəbəkədə biz:

Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarıldı

24 October 2015, 14:51
Gündəm
Azərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb. “ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib. Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir. Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb.   Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarıldı