Ramil Usubov daha iki polis rəisi təyin etdi
Daxili işlər orqanlarında yeni təyinatlar həyata keçirilib. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən Bakı Şəhər Baş Polis İdarəsində çalışan Nizami Novruzov tutduğu vəzifədən azad edilərək Qaradağ Rayon Polis İdarəsi 10-cu polis bölməsinin rəisi vəzifəsinə təyin edilib. Nazirin digər əmri ilə Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsinin rəis müavini Elşən Tağıyev vəzifəsindən azad edilərək Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin rəisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Xatırladaq ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib (APA).