Sosial şəbəkədə biz:

"Əli və Nino" mağazası bağlanıb - FOTO

24 October 2015, 17:36
Gündəm
"Əli və Nino" kitab mağazaları şəbəkəsinin metronun "Gənclik" stansiyasının yaxınlığında yeni açılan mağazası artıq bağlanılıb. 
Musavat.com-un xəbərinə görə, mağazanın yerləşdiyi obyekt icarəyə çıxarılıb. Eyni zamanda "Gənclik" metrostansiyasının yaxınlığında fəaliyyət göstərən gözəllik salonu, avtomobil hissələri satan mağaza da artıq öz fəaliyyətini dayandırıb.
Qeyd edək ki, "Əli və Nino"nun bağlanan mağazası bu il, yay aylarında istifadəyə verilmişdi.