Sosial şəbəkədə biz:

Tanınmış aktrisa Gülnar Salmanova vəfat etdi

Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova dünyasını dəyişib. Bu barədə aparıcı İradə İsaq məlumat verib. Aparıcı əməkdar artistin xəstəxanada dünyasını dəyişdiyini bildirib: “Nə qədər yaşatmağa çalışsam da mümkün olmadı. Aktrisa Gülnar xanım xəstəxanada dünyasını dəyişdi. Allah rəhmət eləsin”. Qeyd edək ki, Gülnar Salmanovanın vəziyyəti oktyabrın 19-da ağırlaşmışdı. O, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin köməkliyi ilə Sabunçu rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. 58 yaşlı Gülnar Salmanova xərçəng və şəkərli diabet xəstəliklərindən əziyyət çəkirdi (“Qafqazinfo”).


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol