Sosial şəbəkədə biz:

Rafael Cəbrayılov haqqında yayılmış məlumatların heç bir əsası yoxdur - Arasdirma

Son vaxtlar bəzi Kütləvi İnformasiya Vasitələrində millət vəkili Rafael Cəbrayılovla  bağlı xoşagəlməz, qərəzli və heç bir həqiqətə sığmayan məlumatlar dərc olunmaqdadır. Biz redaksiya olaraq,  həmin məlumatları araşdırmaq məqsədi ilə 3-cü və 4-ü çağırış deputat olduğu Binəqədi rayon və hal-hazırda deputatlığa namizəd olduğu Şirvan şəhərində Rafael Cəbrayılov haqqında sorğular keçirtdik. Araşdırmalar zamanı və bir qrup Şirvanlıların dediklərindən belə qənaətə gəldik ki, , Rafael Cəbrayılov haqqında yazılanlar ancaq şər, böhtan və seçkiqabağı namizədə qarşı aparılan qarayaxma kompaniyasıdır. Şirvan sakinlərinin sözlərinə görə anonim verilən məlumatların mətbuatda reytinq qazanmaq xatirinə yazılması, jurnalistin redaksiyaya daxil olan məlumatı araşdırmadan ictimailəşdirməsi, 1-ci növbədə KİV haqqında qanuna zidd olmaqla yanaşı, jurnalist peşə fəaliyyətini də pozur. Əlbəttə belə olan halda jurnalist öz hörmət və dəyərini itirməklə yanaşı, ictimaiyyətin də mətbuata olan inamını azaldır. Şirvanda böyüyən, Şirvanlıların sevimlisi və fəxri olan Rafael Cəbrayılovun layiqli və rəqibsiz namizəd olaraq 1 noyabrda qələbə qazanması cox realdır. Redaksiya olaraq seçkilərdə Rafael Cəbrayılova uğurlar arzulayırıq. //Xalqxeber  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol