Sosial şəbəkədə biz:

Bakıda daha bir gizli kazino - ŞOK VİDEO

Binəqədi rayonunda yeni qumarxana aşkar olundu. Qafqaznews.az bildirir ki, bir neçə gün öncə redaksiyamıza Binəqədi rayonu 6- cı mikrorayon ,Svetlana Məmmədova küçəsi, 203 b binanın qarşısında və 79 saylı MKTŞ-nin, 7- ci polis bölməsinin 10/2 və 10/3 məntəqəsinin qabağında yerləşən "Həyat Kafe" adlı yerdə kazino fəaliyyəti göstərməsi barədə məlumat daxil olmuşdur. Məlumatı dəqiqləşdirmək üçün jurnalistlər hadisə yerinə baş çəkiblər və orda çəkiliş apararaq kazinonun fəaliyyət göstərdiyi dəqiq tarixi və saatı lentə alıblar. Ən çox narahatçılıq hissi doğuran odur ki, Binəqədi RPİ-nin 7-ci polis bölməsinin iki sahə inspektorunun həmin ərazidə məntəqəsi yerləşsə də, onlar kazinonun fəaliyyətinə göz yumurlar. Əməkdaşların hadisə yerindən apardığı videoçəkilişdən açıq -aydın görünür ki, həmin kafe kazino kimi fəaliyyət göstərir. Çəkilişdən bəlli olur ki, müştəri kazinonun kassadan aldığı pin kod biletini kompüterdə 46-62-32-38-03-76-80 rəqəmlərini yığmaqla kafedə qumar oyunlarına qoşula bilər. Qaynar.info-nun əldə etdiyi məlumata görə, adıçəkilən qanunsuz qumarxana Zakir Rüstəmov adlı şəxsə məxsusdur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol