Sosial şəbəkədə biz:

Bələdiyyə sədri deputatlığa namizədin seçicilərlə görüşünə kobud müdaxilə edib - Qaxda

112 Saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Zəyəm kəndində keçirdiyi görüşdə kobud qanun pozuntusu ilə qarşılaşıb Oktyabrın 25-də Qaxdan deputatlığa namizəd Əhməd Şahidov Zəyəm kəndində seçicilərlə görüşüb. Görüş zamanı Zəyəm kənd bələdiyyə sədri Kamil Səfərov ətrafındakı bir-iki nəfərlə görüşə müdaxilə edib və Əhməd Şahidovun görüşünə mane olub. Əvvəlcə özünü kənd sakini kimi təqdim edən Kamil Səfərov həmin məkanda istirahət etdiyini bildirib və bu görüşün onun istirahətini pozduğunu iddia edib. Daha sonra isə bələdiyyə sədri olduğunu etiraf edən Kamil Səfərov “öz kəndi” adlandırdığı Zəyəm kəndində başqa namizədin görüş keçirməsinə icazə vermədiyini bildirib. Görüşə gələn 30-a yaxın insanı evlərinə getməyə səsləyən bələdiyyə sədri Kamil Səfərov seçki qanunvericiliyini kobud şəkildə pozaraq, deputatlığa namizədin seçicilərlə görüşünə mane olub. İnanırıq ki, Mərkəzi Seçki Komissiyası və digər aidiyyatı qurumlar Qax rayonu Zəyəm kəndində baş verən bu qanun pozunsutu ilə bağlı zəruri tədbirlər görəcək .


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol