Sosial şəbəkədə biz:

İdmançımız dünya çempionu oldu

25 October 2015, 12:19
Gündəm
Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Kamil Əliyev Qətərin Doha şəhərində keçirilən lisenziya xarakterli dünya çempionatında uzunluğa tullanmada 7.13 metr nəticə göstərərək dünya çempionu adına layiq görülüb. Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, K.Əliyev “Rio de Janeyro-2016” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb. Dohada keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.