Sosial şəbəkədə biz:

Mətbuat Şurası mitinqdə monitorinq apardı

Azərbaycan Mətbuat Şurası Müsavat Partiyasının bu gün Yasamal rayonundakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə monitorinq aparıb. Moderator.az-a daxil olan məlumata görə, monitorinq zamanı peşə vəzifəsini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb. Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvlərinə kütləvi informasiya vasitələrinin təmsilçilərindən hər hansı müraciət daxil olmayıb. Monitorinq nəticəsində müəyyənləşdirilib ki, KİV-lərin mitinqi işıqlandıran əməkdaşları əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olublar. Monitorinq qrupu həmçinin jurnalistlərə peşə vəzifələrini yerinə yetirmək üçün yaradılan şəraiti nəzərdən keçirib. Bununla bağlı da hər hansı problem qeydə alınmayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol