Sosial şəbəkədə biz:

"Azərsu"da gözlənilməz təyinat: - Qorxmaz Hüseynov keçmiş sədrə vəzifə verdi

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Nizaməddin Rzayev yenidən vaxtı ilə rəhbərlik etdiyi quruma qayıdıb. Bu barədə Mia.az-a "Azərsu"dan məlumat daxil olub. Məlumatda bildirilir ki, "Azərsu"da keçmiş sədr üçün yeni ştat da açılıb: "Nizaməddin Rzayev "Azərsu"da müşavir vəzifəsinə təyin edilib". Nizaməddin Rzayevlə bağlı əmrin sədr Qorxmaz Hüseynov tərəfindən 1 həftə əvvəl imzalandığı da bildirilir. Məlumat üçün onu da qeyd edək ki, 2005-ci ildə "Azərsu" ASC-nin sədri Oqtay Əsədovun Milli Məclisin sədri seçilməsindən sonra N.Rzayev onun postunun tutub. Ancaq o, bu vəzifədə 2011-ci ilədək karyerasını dürdürüb. 14 fevral 2011-ci ildə isə Prezident İlham Əliyev onu vəzifəsindən azad edərək, SOCAR-ın vitse-prezidenti Qorxmaz Hüseynovu "Azərsu" ASC-nin sədri təyin edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol