Əhliman Əmiraslanova ağır itki
Milli Məclisin deputatı, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanova ağır itki baş verib. Modern.az-ın məlumatına görə, axşam saatlarında deputatın qardaşı Zəfər Əmiraslanov uzun sürən xəstəlikdən sonra rəhmətə gedib. Zəfər Əmiraslanov 1955-ci ildə anadan olub. Mərhum Mehdiabad qəbirstanlığında torpağa tapşırılacaq. Onun yas mərasimi Babək prospektindəki xeyir-şər evində keçiriləcək. Allah rəhmət eləsin!!!