Sosial şəbəkədə biz:

MTN-də daha bir general işdən çıxarıldı - Yeni təyinatlar

Milli Təhlükəsizlik Nazirliyində növbəti vəzifədən azad etmə və təyinat həyata keçirilib. "Qafqazinfo”ya daxil olan məlumata görə, nazirliyin istintaq idarəsinin rəisi general Mövlan Şıxəliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb. Eyni zamanda Eldar Mahmudovun yaxın qohumu olan, nazirliyin əməkdaşı Elşad Mahmudov da işdən çıxarılıb. Həmçinin qeyd edək ki, bir neçə gün əvvəl isə işdən çıxarılan MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanovu isə nazirliyin əməkdaşı Ceyhun Şadlinski əvəzləyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol