Sosial şəbəkədə biz:

Deputat Azər Kərimli niyə  Prezidentin şəkilinin önündə çıxış etmək istəmir?- FOTOFAKT

112 Saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Azər Kərimli seçicilərlə görüşündə ölkə başçısı İlham Əliyev və Ulu Öndər Heydər Əliyevin portretlərinin sökülməsi barədə tapşırıq verib.
AZXEBER.COM-un məlumatına görə, 27 oktyabr tarixində Qax rayonu Güllük kənd orta məktəbində keçirilən görüşdə Azər Kərimli ölkə başçısı və Ulu Öndərin divardan asılmış portretlərinin sökülməsi barədə göstəriş verib. Azər Kərimlinin köməkçiləri görüşə 15 dəqiqə qalmış divardakı portretləri söküb və bundan sonra Azər Kərimli zala daxil olub.
Qeyd edək ki, təqribən bir həftə əvvəl həmin məktəbdə görüş keçirən digər deputatlığa namizəd Əhməd Şahidovun seçicilərlə görüşündə ölkə başçısı və Ulu Öndərin portretləri divardan asılı vəziyyətdə idi. Həm ölkə rəhbərliyinə, həm də seçicilərinə hörmət əlaməti olaraq, gənc deputatlığa namizəd bütün görüş boyu ayaq üstə dayanmış və sakinlərin şikayətlərini dinləmişdi.
Əhməd Şahidovun Güllük kəndindəki həmin görüşünün video görüntülərini təqdim edirik.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol