Sosial şəbəkədə biz:

Bakı-Sumqayıt qatarı Xırdalanda gənc qızı vurdu

08 June 2018, 10:06
Gündəm
Abşeron rayonunun Xırdalan şəhərində qatar gənc qızı vuraraq ona ağır xəsarət yetirib. "Report" xəbər verir ki, 1992-ci il təvəllüdlü Yaqubova Aytən Ədalət qızı ötən gecə platformada relslərə yaxın ərazidə dayanarkən, Bakı-Sumqayıt reysi ilə hərəkətdə olan sürət qatarı onu vurub. Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır. Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.