Sosial şəbəkədə biz:

Bakıda həkim klinikanın direktoruna 30 min "atıb"

28 October 2015, 13:56
Gündəm
Nərimanov rayonu ərazisində yerləşən "Atlas" tibb müəssisəsinin direktoru keçmiş işçisindən şikayətçidir.
Direktor keçmiş işçisinin ona 30 min manat atdığını iddia edərək, polisə müraciət edib.
Musavat.com-un əldə etdiyi məlumata görə, klinikanın direktoru, 1948-ci il təvəllüdlü H.Əliyev polisə müraciət edərək, bildirib ki, keçmiş işçisi olan İradə Vəliyeva klinikanın 30 min manatını mənimsəyib.
Sumqayıt sakini olan İradə Vəliyeva 2013-cü ilin mart ayına kimi klinikada rengenoloq işləyib.
Direktorun şikayəti ilə bağlı araşdırma aparılır.