Sosial şəbəkədə biz:

Deputat Azər Kərimli kənddə görüş keçirdi - kənd sakinləri görüşə buraxılmadı - VİDEO

Qaxda növbəti seçki biabırçılığı davam edir. Qaxdan deputatlığa namizəd Azər Kərimli Oktyabrın 27-də Qaxın Zərnə kəndində görüş keçirib. Özü ilə 10 maşın dövlət qulluqçuları və məktəb müəllimləri gətirən deputatlığa namizədin görüşünə kənd sakinləri buraxılmayıb. Məktəbin akt zalında keçirilən görüş barədə kənd sakinləri xəbərsiz olublar və görüşə daxil olmaq istəsələr də, qapıda dayanan polis əməkdaşları və kənd icra nümayəndələri görüşün qapalı olduğunu bildiriblər. Mətbuatda isə Azər Kərimlinin Zərnə kəndində görüş keçirməsi barədə xəbər yayılıb. Aşağıdakı videoya baxanda isə bu görüşün əslində necə keçdiyini təsəvvür etmək çətin deyil.  
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol