Sosial şəbəkədə biz:

Bayraq Meydanı İdarəsinin sabiq rəisinin həbs müddəti uzadıldı

28 October 2015, 15:04
Gündəm
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Səbayel Rayon Məhkəməsinin qərarı ilə Rəşad Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 ay artırılıb. Qeyd edək ki, R.Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur (APA).