Sosial şəbəkədə biz:

Xəzəryanı ölkələr nəqliyyat və ticarət sahələrində sazişlər imzalayacaq

12 June 2018, 22:52
Gündəm
Xəzəryanı ölkələrin ekspertlərinin işgüzar görüşü iyunun 18-19-u Astanada keçiriləcək. Bunu Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi deyib. Nazir bildirib ki, bu görüş avqust ayında Qazaxıstanda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin sammiti üçün hazırlıq xarakteri daşıyacaq:
“Sammitin gündəliyinə Xəzərdə əməkdaşlıq məsələləri salınıb, nəqliyyat, ticarət-iqtisadi münasibətlər üzrə 5-6 sazişin imzalanması nəzərdə tutulur”.
O, əlavə edib ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın layihəsi Xəzəryanı ölkələrin prezidentlərinə təqdim olunacaq/Trend.